Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramda paytaxtda müşahidə olunan güclü küləyin yaratdığı fəsadlar, ağacların aşması, havada tozun normadan artıq olması və Bakının ekoloji problemləri müzakirə edilib.
Bakını toza basdıran nədir: külək, karxanalar, yoxsa nəzarətsizlik? Bakıda təhlükəli külək: qəzalı ağaclara və daş karxanalarına kim nəzarət edir? Millət vəkili Vüqar Rəhimzadə ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.
Verilişin digər qonağı, millət vəkili Elçin Mirzəbəyli ilə isə İranın AzTV-ni "düşmən siyahısı"na daxil etməsi, Azərbaycanın ölkədə "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin fəaliyyətini qadağan etməsi müzakirə olunub.