Hindistanda dollar milyarderlərinin sayı son beş ildə 4 dəfədən çox artaraq əvvəlki 142 nəfərdən 576 nəfərə çatıb.
Medianews.az xəbər verir ki, nəşrin məlumatına görə, investisiya aktivləri $30 milyonu aşan varlı vətəndaşların sayı 19,8 minə yüksəlib.
Vergi bəyannamələrinə görə, 2025-2026-cı maliyyə ilində 576 hindistanlı gəlirinin $1 milyarddan çox olduğunu bəyan edib. Son 5 ildə Hindistanda dollar milyarderlərinin sayı ən yüksək templə artıb. İnvestisiya aktivləri $30 milyondan çox olanların sayı 2021-ci ildəki 12,1 mindən 2026-cı ildə 19,8 minə yüksəlib. Nəticədə Hindistanın super varlılar siyahısındakı payı 2,2%-dən 2,8%-ə çatıb.
2024-cü ildəki enişdən sonra əmək bazarı bərpa olunub, yüksək maaşlı işçilərin sayı artıb və işsizlik azalıb. Hökumət bərabərsizliyin azaldılması və inklüziv artım üçün tədbirlər görür.
Ölkədə kapital yığımında yeni mərhələ başlayıb. Buna yeni nəsil sahibkarlar, $1 milyardlıq startaplar, İT və fond bazarındakı satışlar təkan verib. KİV yazır ki, super varlıların 15%-dən çoxu 30 yaşdan, 20%-i isə 40 yaşdan aşağıdır.
Hindistan super yüksək gəlirli insanlar üzrə dünyada 6-cı, Asiyada 3-cü yerdədir. Ölkədə kapitalı $1 milyarddan yuxarı olan 108 ailə biznesi qeydiyyatdadır ki, bu göstəriciyə görə Hindistan dünyada 3-cüdür.//Bakues.az