Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və Səfərov ailəsinin üzvlərinin məhkəməsi qapalı keçirilir.
Rusiya mediasının məlumatına görə, vəsatəti "zərərçəkmiş Fehruz Şirinov" təqdim edib. Prokurorluq bu mövqeyi dəstəkləyib və bundan sonra hakim dinləmələrin qapalı keçirilməsi barədə qərar verib.
Musavat.com xəbər verir ki, bu arada, E1.ru saytı Şıxlinskinin istintaq təcridxanasında tək kamerada saxlanıldığını bildirir.
Onun istifadəsində nə televizor, nə də soyuducu var. O, asudə vaxtlarında kitablar, o cümlədən Cinayət Məcəlləsini oxuyaraq məhkəməyə hazırlaşır. Nəşrin mənbəsi bildirib ki, diasporun keçmiş rəhbəri xeyli arıqlayıb. Şıxlinski ötən ilin payızında diabet və böyrək daşları səbəbindən xəstəxanaya yerləşdirilsə də, hazırda vəziyyəti stabildir.
Qeyd olunur ki, Şahin Şıxlinskiyə qarşı ittihamlar zərərçəkmiş Fehruz Şirinovun ifadəsinə əsaslanır. O, 2010-cu ildə Şirinova qarşı sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunur.