Medianews.az
Azərbaycanda turizm sahəsində yeni dövlət standartı hazırlanır -
54 baxış

Azərbaycanda turizm sahəsində yeni dövlət standartı hazırlanır - RƏSMİ

Bu ildən hotel, hostel, qonaq evi - hər birinə uyğun kriteryalar hazırlayıb sertifikatlaşdırılmasına başlayacağıq. Hazırda yeni standart üzərində işləyirik.

Medianews.az xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi qeyd edib ki, minimum kriteryalara cavab verməyən yerləşmə vasitələri qeydiyyata alınmayacaq:

“Bu ilin sonuna kimi həmin standartın rəsmi dövlət standartı kimi qeydiyyata alınması üçün çalışacağıq. Məhz bu prosesdən sonra bütün yerləşmə vasitələri ilə bağlı həm audit, həm də təsnifat prosesi aparılmış olacaq”.

O vurğulayıb ki, əvvəllər hotellərin sertifikatlaşdırılması könüllü xarakter daşıyırdı:

“Turizm haqqında” qanun qəbul edildikdən sonra otellərin ulduz təsnifatı məcburiləşib. Yeni standartın tətbiqini könüllü başlayıb daha sonra “Turizm haqqında” qanuna əlavə etmək niyyətindəyik”.

Bizə qoşulun