Medianews.az
Azərbaycan mehmanxanalarında 4 milyon yarımdan çox gecələmə
172 baxış

Azərbaycan mehmanxanalarında 4 milyon yarımdan çox gecələmə

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ildə Azərbaycan mehmanxanalarında 4 milyon 569,5 min gecələmə keçirilib.

Medianews.az xəbər verir ki, bunun 58,9 faizi Bakının, 5,6 faizi Qusarın, 5,1 faizi Naftalanın, 5 faizi Xaçmazın, 3,7 faizi Qəbələnin, 3,2 faizi Qubanın, 3 faizi Lənkəranın, 2,2 faizi Şabranın, 1,5 faizi Şamaxının, 1,2 faizi Gəncənin, qalanı başqa şəhər və rayonların payına düşüb.

Mehmanxana biznesinin gəlirləri 653 milyon manat göstərilir.

Medianews.az

Bizə qoşulun