Medianews.az
Azərbaycanda iş axtaranlara
58 baxış

Azərbaycanda iş axtaranlara ŞAD XƏBƏR

Azərbaycanda mövcud olan aktiv iş yerlərinin sayı açıqlanıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin nəticələri və 2026-cı il üçün nəzərdə tutulan hədəflərlə bağlı keçirilən mətbuat konfransında bu barədə danışıb. Onun sözlərinə görə, hazırda ölkə üzrə 60 mindən artıq aktiv vakansiya mövcuddur.

Hasil Abbasov bildirib ki, 2025-ci il ərzində 448 işəgötürənlə əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmi tətbiq olunub. Eyni zamanda, kvota və kvotadan kənar məşğulluq proqramları icra edilib. İl ərzində 1 817 nəfər kvota əsasında işlə təmin olunub, 10 805 vətəndaşa isə işsizlikdən sığorta ödənişi verilib.

Bizə qoşulun