Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisini təhdid etməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
O, bloggerin sözlərini "şər və böhtan" adlandırıb.
"Hər iki halda, yalanın məqsədi şəxsin məsuliyyətə cəlb edilməsi və ya vaxt itkisinə səbəb olmaqdır. Əgər siz qanunlardan qorxmursunuzsa, eybi yox. Mən ona v almamışam. Onun mənim ünvanıma səsləndirdiyi iddialar da yalandır. İndi hansı dövrdə yaşayırıq?! Əgər mənim elə əməllərim olsaydı çoxdan tutulmuşdum".
Orucov əlavə edib ki, hər iki halda məqsəd şəxsi məsuliyyətə cəlb etmək və ya vaxt itkisinə səbəb olmaqdır.
Qeyd edək ki, Nərmin Xudaverdiyeva paylaşım edərək keçmiş sevgilisi Rüstəm Orucovun onu təhdid etdiyini deyib. O, məsələ ilə bağlı polisə müraciət etdiyini də bildirib.