Medianews.az
İlham İsmayıl evə hazırlaşır
115 baxış

İlham İsmayıl evə hazırlaşır

Müalicəsi bitmək üzrə olan ictimai xadim İlham İsmayıl Medianews.az-a açıqlama verib. O deyib ki, özünü yaxşı hiss edir, yanvarın 28-də evə buraxılacaq: “Bir müddət özümə baxmalı, ciddi pəhriz saxlamalı olacam”.

Birinci Qarabağ müharibəsinin veteranı olan İlham İsmayıl yanvarın 18-də daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı hospitalına yerləşdirilib, bir gün sonra mədəsindən əməliyyat olunub.

1957-ci il təvəllüdlü İlham İsmayıl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. Dövlət Təhlükəsizlik Komitəsinin (Milli Təhlükəsizlik Nazirliyi) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında xidmət edib. Milli Təhlükəsizlik Nazirliyinin Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin şöbə rəisi olub. Polkovnik-leytenantdır.

İlham İsmayıl 1990-1991-ci illərdə Gəncəbasar bölgəsinin erməni işğalından azad olunması əməliyyatlarının ən fəal iştirakçılarından olub, həmçinin Ermənistanla sərhədin bəzi hissələrində döyüşüb.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Təhlükəsizlik məsələləri üzrə ekspert kimi tanınır.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun