Medianews.az
Rusiya millisinin sabiq məşqçisi vəfat etdi -
81 baxış

Rusiya millisinin sabiq məşqçisi vəfat etdi - FOTO

Rusiya milli futbol komandasının keçmiş baş məşqçisi Boris Petroviç İqnatyev 85 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) Futbol Veteranları Komitəsi məlumat yayıb.

İqnatyev 1996-cı ildən 1998-ci ilə qədər Rusiya millisinə rəhbərlik edib. O, həmçinin bir sıra Rusiya və xarici klublarda, o cümlədən "Torpedo", "Saturn", " Lokomotiv " və Çinin "Şandon Lunen" klublarında çalışıb. Məşqçinin əsas nailiyyətlərindən biri SSRİ gənclər komandasının 1988-ci il Avropa çempionatında qələbə qazanması idi.

Qeyd edək ki, İqantyevə 2024-cü ilin dekabrında mədəsində xərçəng diaqnozu qoyulmuşdu.

Bizə qoşulun