Ermənistanda məhkəmə Araqatsotn yeparxiyasının rəhbəri arxiyepiskop Mkrtıç Proşyanın həbs müddətini bir ay uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Hakim prokurorun növbəti üç ay üçün həbs qətimkan tədbiri tələbi ilə bağlı vəsatətini qismən təmin edib.
Onunla bağlı məhdudiyyətlər (anası istisna olmaqla, qohumları ilə görüş qadağası) isə aradan qaldırılıb.