Medianews.az
Rusiyanın əsas obyektlərində yanğın
98 baxış

Rusiyanın əsas obyektlərində yanğın hadisələri yaşanıb

Rusiyanın Krasnodar diyarında "İlski" neft emalı zavodunun (NEZ) ərazisində Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.

Medianews.az xəbər verir ki, bu barədə regional əməliyyat qərargahından bildirilib.

İlkin məlumata görə, heç kim xəsarət almayıb.

"Seversk rayonunda PUA qalıqlarının düşməsi səbəbindən "İlski" NEZ-in ərazisində yanğın baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.

Bundan əlavə, Rostov vilayətinin Azov şəhərində PUA-ların hücumu nəticəsində neft məhsullarının saxlanıldığı iki obyektdə yanğın olub. Xəsarət alan yoxdur./Bakıvaxtı.az

Bizə qoşulun