Medianews.az
Pilot uçuş zamanı intihar etdi,
94 baxış

Pilot uçuş zamanı intihar etdi, kursant qız tək qaldı

Argentinada 42 yaşlı təlimatçı pilot təlim uçuşu zamanı intihar edərək kursant qızı sükan arxasında köməksiz qoyub.

Medianews.az xəbər verir ki, hadisə Kordova əyalətində baş verib.

Əvvəlcə bunun bir zarafat olduğunu zənn edən qız, vəziyyətin reallığını anladıqdan sonra soyuqqanlılığını qoruyub. O, dərhal dispetçerlə əlaqə saxlayaraq baş verənləri bildirib və təyyarəni təkbaşına yerə endirməyi bacarıb.

Hadisədən sonra pilotun cəsədi yerdə tapılıb. Məktəb rəhbərliyi və pilotun ailəsi onun son vaxtlar psixoloji problemlər yaşadığını və hətta faciədən bir həftə önçə psixiatriya klinikasına müraciət etdiyini təsdiqləyib.

Medianews.az

Bizə qoşulun