İspaniya millisinin gənc ulduzu Qavi DÇ-2026-nın finalı ilə bağlı maraqlı arzularını bölüşüb.
Medianews.az xəbər verir ki, yarımmüdafiəçi, futbol əfsanəsi Lionel Messiyə görə finalda Argentina ilə qarşılaşmaq istədiyini gizlətməyib:
"Həmişə dünya çempionatının finalında qol vurmağı arzulamışam. Seçim şansım olsaydı, Argentina ilə oyunda akrobatik zərbə ilə qol vurmaq istərdim. Amma finala çıxsaq, rəqibin kim olması önəmli deyil".
Xatırladaq ki, İspaniya millisi bu gün (10 iyul) yarımfinal uğrunda Belçika ilə qarşılaşacaq. ABŞ-ın "SoFi" stadionunda keçiriləcək matçı ingiltərəli hakim Maykl Oliver idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Medianews.az