Medianews.az
 “AzəriLayt”da geriləmə
92 baxış

“AzəriLayt”da geriləmə

İyulun 10-da “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 79,09 dollara düşüb.

Medianews.az bildirir ki, ötən gün rəsmi qiymət 82,07 dollar göstərilmişdi.

Neft bazarı fevralın 28-dən İran ətrafında gərginliyin Yaxın Şərqdə hasilat və daşımalara yaratdığı əngəllər üzündən çalxalanır.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58, iyula 75,34 dollarla başlayıb.

Medianews.az 

Bizə qoşulun