Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən və özünü də güllələyən Zaur Qəhrəmanovun vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Medianews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 9-da baş verən hadisə ilə əlaqədar Kliniki Tibb Mərkəzə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.