Rusiya futbolunun əfsanəvi isimlərindən olan Andrey Arşavin İspaniya millisinin DÇ-2026-dakı şanslarını dəyərləndirib.
Medianews.az xəbər verir ki, sabiq hücumçu, ispanların heyətində ciddi bir boşluq olduğunu vurğulayıb:
"İspaniya turnirə bir qədər zəif başlasa da, getdikcə güclənir və "Barselona"nın ən parlaq dövrünü xatırladır. Lakin onların mərkəz hücumçusu (doqquz nömrə) çatışmır. Məncə, ispanlar 1/4 finalda Belçikanı keçəcək, lakin yarımfinalda Fransa səddini aşa bilməyəcəklər".
Xatırladaq ki, İspaniya-Belçika qarşılaşması bu gün Los-Ancelesdə baş tutacaq. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi builki dünya çempionatının son qalibi isə hazırkı çempion titulunu qorumağa çalışan Argentina millisidir.
Medianews.az