DÇ-2026-nın 1/4 finalında Argentina ilə qarşılaşacaq İsveçrə millisinin hücumçusu Sedrik İtten Lionel Messi ilə bağlı maraqlı fikirlər səsləndirilib.
Medianews.az xəbər verir ki, hücumçu Sedrik İtten dünya ulduzuna qarşı oynamağın xüsusi bir hiss olduğunu gizlətməyib: "Messiyə qarşı meydana çıxmaqdan daha gözəl heç nə ola bilməz. O, mükəmməl formadadır, lakin biz bu çətin sınağa hazırıq və Kanzasdakı oyunu səbirsizliklə gözləyirik".
Komandanın digər üzvü Remo Froyler isə rəqibdən çəkinmədiklərini bildirib: "Karyeramda ilk dəfə Messiyə qarşı oynayacam. Bəli, bu özəldir, lakin biz 1/4 finala təsadüfən gəlməmişik və bununla kifayətlənmək niyyətimiz yoxdur. Meydanda sonadək vuruşacağıq".
Xatırladaq ki, Argentina - İsveçrə qarşılaşması iyulun 12-də ABŞ-ın Kanzas-Siti şəhərində keçiriləcək.
Medianews.az