Braziliyada 5 yaşlı Ana Beatrisin ad günü şənliyi faciəyə çevrilib. Tarixi bir malikanədə təşkil olunan və 230 qonağın qatıldığı bayramın ilk dəqiqələrində qəfildən zalın döşəməsi çöküb.
Medianews.az xəbər verir ki, hadisə Belen şəhərində baş verib.
Fotosessiyanı izləyən qonaqlardan 10-dan çoxu yaranan çuxura yuvarlanıb. Hadisə nəticəsində 15-70 yaş arası 11 qohum və yaxın şəxs ağır bədən xəsarətləri alıb, çoxsaylı sümük sınıqları və çıxıqlarla xəstəxanaya yerləşdirilib. Qızın anası şokdan huşunu itirib. Zərərçəkmiş ailə təşkilatçılardan müəyyən məbləğdə təzminat tələb edir və bina hazırda xüsusi komissiya tərəfindən yoxlanılır.
Braziliya adətlərinə görə qızlar üçün uşaqlıqdan gəncliyə keçid sayılan bu mühüm günü qeyd edə bilməyən məktəbli üçün qonşuları və dostları ertəsi günü küçədə sürpriz bir bayram təşkil ediblər.
Medianews.az

