Medianews.az
İrana qarşı növbəti zərbələr dalğası
90 baxış

İrana qarşı növbəti zərbələr dalğası yekunlaşdı

ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti hücum dalğasına başlayıb.

Medianews.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Bu gün ABŞ-ın Şərq sahili vaxtı ilə saat 16:00-da (21 iyul, Bakı vaxtı ilə saat 00:00-da) CENTCOM İrana yeni zərbələr dalğasına başlayıb", - komandanlığın məlumatında qeyd olunub.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana endirilən növbəti zərbələr seriyasının başa çatdığını bildirib.

Ardıcıl səkkizinci zərbələr gecəsində Amerika qüvvələri İranın hərbi komandanlıq mərkəzlərini, hərbi dəniz potensialı obyektlərini, raket və pilotsuz uçuş aparatlarının buraxılış meydançalarını, eləcə də hava hücumundan müdafiə sistemlərini vurub.

Komandanlıq iddia edib ki, zərbələr İranın hərbi potensialının daha da zəiflədilməsinə yönəldilib.

CENTCOM həmçinin qeyd edib ki, may ayından etibarən 900-ə yaxın kommersiya gəmisinin boğazdan keçməsinə və 450 milyon barel xam neftin nəqlinə köməklik göstərib.//Axar.az

Bizə qoşulun