Argentina millisinin kapitanı Lionel Messi hələ də yığmadakı gələcəyi ilə bağlı yekun qərar verməyib.
Medianews.az xəbər verir ki, bu barədə "TyC Sports" nəşri yazıb.
39 yaşlı futbolçu 2026-cı il dünya çempionatına milli komandadakı karyerasını başa vurmaq barədə əvvəlcədən qərar qəbul etmədən yollanıb. Bildirilir ki, Messi hətta yaxın çevrəsinə də mundialdan sonra yığma ilə vidalaşacağını deməyib.
Mənbənin iddiasına əsasən, İspaniyaya 0:1 hesabı ilə uduzulan dünya çempionatının finalı Messinin Argentina millisində son oyunu olmaya bilər.
Qeyd edək ki, argentinalı ulduz 2026-cı il dünya çempionatında keçirdiyi 8 oyunda 8 qol vuraraq komandasının ən məhsuldar futbolçusu olub.
Medianews.az