Medianews.az
Ronaldodan Argentina ilə bağlı
122 baxış

Ronaldodan Argentina ilə bağlı qalmaqallı addım

Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo sosial şəbəkədəki fəaliyyəti ilə yenidən diqqət mərkəzinə düşüb.

Medianews.az xəbər verir ki, təcrübəli hücumçu jurnalistin Argentina millisini korrupsiyada ittiham etdiyi paylaşımı bəyənib. Bu addım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

41 yaşlı futbolçu İspaniyanın "Espejo Publico" televiziya şousunun yayımladığı videonu bəyənib. Videoda jurnalist Pilar Rodriges bildirib: "FİFA-nın köməyi olmasaydı, Argentina millisi beş oyun əvvəl mübarizədən kənarlaşacaqdı. FİFA Yer kürəsinin ən korrupsiyalaşmış təşkilatlarından biridir. Buna görə də mən Argentinadan heç qorxmuram; FİFA-nın prezidenti İnfantinodan qorxuram".

Qeyd edək ki, Argentina millisi ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlsə də, bu dəfə əlavə vaxtda buraxdığı qolla İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Medianews.az

Bizə qoşulun