Medianews.az
Seçkiləri müxalifətinə görə
108 baxış

Seçkiləri müxalifətinə görə ləğv etdi

Nikaraqua prezidenti Daniel Orteqa müxalifətin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün seçkiləri ləğv etmək qərarına gəlib. 

Medianews.az xəbər verir ki, o, bu qərarını Sandinista İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən mərasimdə açıqlayıb. 

"The Guardian" qəzetinin məlumatına görə, 80 yaşlı Orteqa 2007-ci ildən bəri lider vəzifəsini tutur. O, hakimiyyətin parlament və digər qurumlarla birlikdə qanunvericiliyi dəyişdirmək, ölkələrini satan sui-qəsdçilərə və xainlərə qarşı bir maneə yaratmaq niyyətində olduğunu açıqladı.

"Burada daha seçkilər olmayacaq ki, onlar hökuməti, hakimiyyəti ələ keçirməyə cəhd edə bilməsinlər", - deyə o qeyd edib. 

Səsvermənin 2027-ci ildə keçirilməsi planlaşdırılırdı. Orteqa seçki prosesinin tamamilə ləğv ediləcəyini, yoxsa sadəcə müxalifətin iştirakının qadağan ediləcəyini detallarla açıqlamayıb.

Rejim əvvəllər də oxşar tədbirlərdən istifadə edib. 2021-ci il seçki kampaniyası zamanı Nikaraqua hakimiyyəti siyasi partiyaları qadağan etmiş və bütün müxalifət prezidentliyə namizədləri həbsxanaya göndərmişdi.//Unikal.az

Bizə qoşulun