Medianews.az
DÇ-2026-da tarixi REKORD:
107 baxış

DÇ-2026-da tarixi REKORD: 308 qol

2026-cı il futbol üzrə dünya çempionatında vurulan qolların sayına görə yeni rekord qeydə alınıb.

Medianews.az xəbər verir ki, FİFA-nın açıqlamasına əsasən, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi turnirdə keçirilən 104 oyunda ümumilikdə 308 qol vurulub. Bununla da 2022-ci il mundialında qeydə alınan 172 qolluq rekord geridə qalıb.

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək davam edən dünya çempionatının qalibi finalda Argentinanı 1:0 hesabı ilə məğlub edən İspaniya millisi olub.

Medianews.az

Bizə qoşulun