Medianews.az
 Arman:
105 baxış

Arman: "Messiyə azarkeşlik edirdim"

Ermənistan və Rusiyanı təmsil edən döyüşçü Arman Sarukyan futbol üzrə 2026-cı il dünya çempionatının finalı ilə bağlı fikirlərini bölüşüb.

Medianews.az xəbər verir ki, o, sosial şəbəkə hesabında ilk dəfə dünya çempionatının oyununu stadiondan izlədiyini və Lionel Messiyə azarkeşlik etdiyini deyib. 

"İlk dəfə dünya çempionatının matçını izlədim və Messiyə azarkeşlik edirdim. İspaniyanı dünya çempionu olması münasibətilə təbrik edirəm", – deyə Tsarukyan yazıb.

Xatırladaq ki, iyulun 19-da ABŞ-də keçirilən final görüşündə İspaniya millisi Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Medianews.az

Bizə qoşulun