Medianews.az
Başında tac, boynunda brilyantlar -
123 baxış

Başında tac, boynunda brilyantlar - Yamal yenə gündəmdə

2026-cı il dünya çempionatında qalib gələn İspaniya millisi vətənə qayıtdıqdan sonra Madriddə möhtəşəm çempionluq paradı keçirib.

Medianews.az xəbər verir ki, İspan futbolçuları paytaxt küçələrində avtobusun üzərində azarkeşlərlə görüşüb.

Məlumata görə, təxminən 2 milyon insan komandanı qarşılamaq üçün küçələrə çıxıb. Daha sonra Madriddə çempionluq konserti təşkil olunub.

Komandanın hücumçusu Lamin Yamal parad zamanı görünüşü ilə diqqət çəkib. Gənc futbolçu başında tac, boynunda isə brilyantlarla bəzədilmiş qızıl zəncirlər olub.

Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində növbəti dəfə dünya çempionu olub.

Medianews.az

Bizə qoşulun