Portuqaliya millisinin ulduz hücumçusu Kriştiano Ronaldo DÇ-2026-nın 1/8 finalında İspaniyaya uduzduqları (0:1) oyundan sonra milli karyerasını bitirdiyini elan edib və iddialı bəyanatla çıxış edib.
Medianews.az xəbər verir ki, 41 yaşlı futbolçu komanda üçün əlindən gələni etdiyini vurğulayıb: "Mən Portuqaliya üçün üç titul qazanmışam - məndən əvvəl millinin heç bir titulu yox idi. 2016-cı ildə qazandığımız Avropa çempionluğu mənim üçün dünya çempionatı ilə eyni əhəmiyyətə malikdir. Buradan vicdanı təmiz ayrılıram. Həyat davam edir".
Qeyd edək ki, Ronaldo Portuqaliya millisi ilə bir dəfə Avropa çempionu olub və iki dəfə UEFA Millətlər Liqasını qazanıb. DÇ-2026-da 3 qol vuran ulduz hücumçu, tarixdə 6 fərqli dünya çempionatında qol vuran ilk futbolçu olaraq rekorda imza atıb. İspaniya ilə matç onun dünya çempionatları tarihindəki son oyunu olub.
Medianews.az