Medianews.az
Qaraciyəri məhv edən qidalar
86 baxış

Qaraciyəri məhv edən qidalar AÇIQLANDI

Nutrisoloq Siqqi Klavien qaraciyər piylənməsinin və zədələnməsinin əsas səbəbinin yanlış qidalanma olduğunu bildirib.

Medianews.az xəbər verir ki, mütəxəssis bu orqanı daxildən məhv edən əsas məhsulların siyahısını açıqlayıb:

Yüksək dərəcədə emal olunmuş qidalar: Bu məhsullarda həddindən artıq duz, konservant və dadlandırıcılar var. Onlar həm qaraciyərə birbaşa zərər vurur, həm də yüksək kalorili olduqları üçün sürətli çəki artımına yol açır.

Şirin və pəhriz qazlı suları: Həm şəkərli, həm də süni dadlandırıcı (şəkər əvəzedicisi) olan içkilər qaraciyər üçün təhlükəlidir. Nutrisoloqun sözlərinə görə, qaraciyər süni dadlandırıcıları tanıya bilmədiyi üçün bütün enerjisini onlarla mübarizəyə sərf edir. 

Meyvə şirələri və smuzilər: Təbii görünsələr də, tərkibindəki yüksək fruktoza miqdarı səbəbindən bu içkilər qaraciyərə həddindən artıq yük salır və iltihablanmaya səbəb olur.

Bizə qoşulun