Medianews.az
Xuan Musso Messi haqqında:
89 baxış

Xuan Musso Messi haqqında: "Sadəliyin nümunəsi"

Argentina millisinin qapıçısı Xuan Musso DÇ-2026-nın 1/8 finalında Misir üzərində qazanılan qələbədən (3:2) sonra komandanın kapitanı Lionel Messiyə həsr olunmuş emosional post paylaşıb.

Medianews.az xəbər veirr ki, təcrübəli qapıçı sosial şəbəkə hesabında ulduz futbolçunun sadəliyini və böyüklüyünü bu sözlərlə ifadə edib:

"Bir gün nəvəm Alessandro məndən təvazökarlığın nə demək olduğunu soruşanda, ona uzun-uzadı səndən danışacam... Bütün zamanların ən yaxşısı!"

Qeyd edək ki, son dünya çempionu Argentina DÇ-2026-nın 1/4 final mərhələsində İsveçrə yığması ilə qarşılaşacaq. 

Medianews.az 

Bizə qoşulun