Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandes DÇ-2026-nın 1/8 finalında Misir üzərində qazanılan qələbəni (3:2) və komandasına növbəti mərhələ biletini qazandıran tarixi qolunu şərh edib.
Medianews.az xəbər verir ki, qarşılaşmanın 90+2-ci dəqiqəsində fərqlənərək dünya çempionatları tarixinə düşən ulduz futbolçu hisslərini bu sözlərlə ifadə edib:
"Mən bu qolun xəyalını təxminən üç il idi ki — hələ Qətərdəki dünya çempionatından bəri qururdum. Dürüst olsam, belə anları yaşatdığı üçün Tanrıya şükür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Komanda yoldaşlarımı xüsusi qeyd etmək istəyirəm: bizim heç bir çətinlik qarşısında təslim olmayan möhtəşəm bir kollektivimiz var. Biz həmişə bir yerdəyik. Komandaya, məşqçilər heyətinə və bizi dəstəkləyən bütün argentinalılara təşəkkür edirəm. İrəliyə doğru daha bir addım atdıq".
Xatırladaq ki, qələbə sayəsində 1/4 finala yüksələn Argentina bu mərhələdə İsveçrə yığması ilə qarşılaşacaq.
Medianews.az