Medianews.az
Bakıda ağır qəza:
92 baxış

Bakıda ağır qəza: Hərbçi öldü

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Ziya Bünyadov prospektində yaşanıb.

Ceyhun Rasim oğlu Məmmədli idarə etdiyi "Mercedes" markalı 99-VB-494 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Anar Nurəddin oğlu Qəribovun idarə etdiyi 10-XP-729 dövlət nömrə nişanlı "Tofaş" və Şadman Faiq oğu Əsgərzadənin idarə etdiyi 90-XV-763 nömrəli "Mitsubishi" markalı maşınlarla toqquşub. Hadisə nəticəsində Ş.Əsgərzadə dünyasını dəyişib.

Məlumata görə, həyatını itirən Ş.Əsgərzadə hərbi qulluqçu olub.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun