Medianews.az
Güclü zəlzələ
102 baxış

Güclü zəlzələ baş verdi

Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Medianews.az xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi Çin Seysmik Şəbəkə Mərkəzinə (CENC) istinadən məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 28,54° şimal enliyi və 104,67° şərq uzunluğu koordinatlarında yerləşib. Yeraltı təkanlar 6 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb./Ajans.az

Bizə qoşulun