Medianews.az
DÇ-2026-nın qəhrəmanı Messi ilə
89 baxış

DÇ-2026-nın qəhrəmanı Messi ilə komanda yoldaşı olur?

Kabo-Verde millisinin qapıçısı Vozinya karyerasını ABŞ-də, Argentina millisinin ulduzu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubunda davam etdirə bilər.

Medianews.az xəbər veirr ki, 40 yaşlı qapıçı DÇ-2026-dakı parlaq oyunu ilə ABŞ klubunun diqqətini cəlb edib. Hazırda azad agent olan Vozinyanın "Transfermarkt" portalındakı bazar dəyəri 50 min avro qiymətləndirilir.

Qeyd edək ki, Kabo-Verde yığması DÇ-2026-da tarihində ilk dəfə pley-off mərhələsinə yüksəlib və 1/16 finalda gərgin mübarizədə Argentinaya 2:3 hesabı ilə uduzub. Təcrübəli qapıçı dünya çempionatında meydana çıxdığı matçlarda göstərdiyi seyvlərlə turnirin ən diqqətçəkən adlarından birinə çevrilib.

Medianews.az

Bizə qoşulun