Medianews.az
Atalarının yolunu davam etdirən futbolçular -
139 baxış

Atalarının yolunu davam etdirən futbolçular - FOTOLAR

2026 FİFA Dünya Kuboku tam sürətlə davam edir. Dünya çempionatında yaşıl meydanda baş verənlərlə yanaşı, tarixləri təkrarlayan məqam yaşanıb. Belə ki, fərqli onilliklərlə ayrılan dünya çempionatlarında yaşıl meydana həm atalar, həm də onların oğulları çıxıblar.

Medianews.az xəbər verir ki, dünya çempionatları tarixində belə hekayələrin sayı 30-dan çoxdur və maraqlısı budur ki, onlardan yarısı məhz DÇ-2026-ya təsadüf edib.

Əsl sensasiyanı Norveç millisi yaradıb. DÇ-2026-da bu komandanın heyətində 1994-cü ildə ABŞ-də keçirilən mundialda birlikdə çıxış etmiş üç futbolçunun oğulları yer alıb. Belə ki, diqqət mərkəzində bombardir Erling Haaland olub. Onun atası Alfe İnge Haaland vaxtilə ABŞ meydanlarında mübarizə aparmışdı.

İkinci yerdə Qoran Sörlot (1994) və onun oğlu Aleksandr Sörlot (2026) yer alıb. 

Vikinqləri DÇ-da təmsil edən ailələrdən biri də Torstvedtlərdir.  Belə ki, Erik Torstvedt (1994) və onun oğlu Kristian (2026) futbol tarixinə adlarını yazdırıblar. 

Dünya çempionatlarında xüsusi yer tutan daha bir ailə Fransanın məşhur Türamlar sülaləsidir. 1998-ci ildə dünya çempionu olan və üç mundialda çıxış edən əfsanəvi müdafiəçi Lilian Türam estafeti oğluna ötürüb. Markus Türam DÇ-2026-da Fransa millisinin hücum xəttində atasının yolunu davam etdirib.

Futbol coğrafiyasının maraqlı nümunəsini isə Zidanlar ailəsi göstərib. Fransa millisinin heyətində üç dünya çempionatında çıxış edən və dünya çempionu olan Zinəddin Zidanın oğlu, qapıçı Luka Zidan DÇ-2026-da ata yurdunu deyil, əcdadlarının tarixi vətənini seçərək Əlcəzair millisinin heyətində turnirə qatılıb.

Argentina millisində isə DÇ-2026-da əfsanəvi yarımmüdafiəçi və məşqçi Dieqo Simeonenin oğlu Culiano Simeone yer alıb.

Turnirin ən təsirli və qeyri-adi hekayələrindən biri Yeni Zelandiya millisinin futbolçusu Tayler Bindonla bağlı olub. O, futbola sevgisini anasından -  2007 və 2011-ci illərdə qadınlardan ibarət Yeni Zelandiya millisinin qapısını qoruyan Cenni Bindondan miras alıb.

Estafeti oğullarına ötürən digər əfsanələri diqqətinizə çatdırırıq:

Şotlandiya milli komandası: Braynn Qan (1990) və onun oğlu Angus Qann (2026). 

Cənubi Koreya milli komandası: Li Eul-yonq (2002, 2006) və onun oğlu Li Te-sok (2026)

Niderland milli komandası: Patrick Kluivert (1998) - Castin Kluivert (2026)

Portuqaliya milli komandası: Serjio Konseysao (2002) - Fransisko Konseysao (2026)

ABŞ milli komandası: Klaudio Reyna (1994, 1998, 2002, 2006) - Covanni Reyna (2022, 2026)

ABŞ milli komandası: Gregg Berhalter (2002, 2006) - Sebastian Berhalter (2026) 

Argentina milli komandası: Pablo Paz (1998) və onun oğlu Niko Paz (2026) 

Qeyd edək ki, FİFA Dünya Kuboku futbol üzrə ən əhəmiyyətli turnirdir. Kubok 1930-cu ildən bəri hər dörd ildən bir təşkil olunur. İkinci dünya müharibəsi ilə əlaqədar 1942 və 1946-cı illərdə DÇ baş tutmayıb. 

Bizə qoşulun