Medianews.az
Ayı hotelə
85 baxış

Ayı hotelə girdi

Çinin Çinin Tibet Muxtar Bölgəsində gecə yarısı hotel otağına ayının daxil olması ilə nəticələnən qeyri-adi hadisə baş verib.

Medianews.az xəbər verir ki, hadisə Naqçu şəhərində qeydə alınıb.

Tibet qonur ayısı naməlum şəkildə hotel binasına daxil olaraq bir müddət dəhlizlərdə gəzişib, daha sonra isə kilidli otaqlardan birinin qapısını sındırıb. Otaqdakı iki müştərinin sözlərinə görə, içəri girən ayı bir qədər onlara tərəf baxıb və heç bir zərər vurmadan sakitcə çıxıb gedib.

Səs-küyə gələn hotel sahibi fənər vasitəsilə ayını qorxudaraq binadan uzaqlaşdıra bilib. Hadisədən sonra otağın qapısı təmir olunub. Hotel rəhbərliyi bənzər hadisələrin bir daha təkrarlanmaması üçün xüsusi təhlükəsizlik tədbirlərinin görüləcəyini bəyan edib.

Medianews.az

Bizə qoşulun