Medianews.az
Çində torpaq sürüşməsi:
98 baxış

Çində torpaq sürüşməsi: ölənlər var

Çinin şimal-qərbində baş verən torpaq sürüşməsində 21 nəfər həyatını itirib.

Medianews.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat verib.

Hadisə iyulun 7-də səhər Qansu əyalətinin Lunnan şəhər dairəsinin Nanhe qəsəbəsində baş verib. 33 nəfər dağıntılar altında qalıb. İyulun 8-də səhərə qədər onların hamısı aşkarlanıb. Artıq axtarış-xilasetmə işləri yekunlaşıb.

Yeddi nəfər yüngül xəsarətlər alıb, beş nəfər isə yaralanmayıb. Digər şəxslər isə ölü tapılıblar./Oxu.az

Bizə qoşulun