Ermənistanda "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Medianews.az xəbər verir ki, bu barədə yerli media Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qaqik Tsarukyana dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.
Qeyd edək ki, iyulun 6-da Qaqik Tsarukyan saxlanılaraq Ermənistan İstintaq Komitəsinə aparılıb. Daha sonra o, məhkəməyə çıxarılıb.
İstintaq Komitəsindən bildirilib ki, cinayət işi çərçivəsində Milli Təhlükəsizlik Xidməti, Dövlət Gəlirləri Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 70-dən çox ünvanda eyni vaxtda axtarışlar aparılıb.