Sosial şəbəkələrdə "Dr. Gülü" kimi tanınan Gülbadə Abdullayevanın iştirak etdiyi iddia olunan daha bir əməliyyatın görüntüləri yayılıb.
Görüntülərdə estetik əməliyyat zamanı otaqda olan şəxslərin mahnı oxuduğu və xəstənin başı üzərində rəqs etdiyi əks olunub. Kadrlarda özünü klinikanın meneceri kimi təqdim edən Fatimə Mahmudovanın da yer aldığı görünür.
Yayılan video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, Gülbadə Abdullayevanın adı daha əvvəl də qanunsuz estetik əməliyyatlar apardığı iddiaları ilə gündəmə gəlib. Bildirilir ki, o, rəsmi estetik cərrahlar reyestrində yer almır. Məlumata görə, onun ali tibb təhsili, həkim diplomu və estetik-cərrahi fəaliyyət göstərmək üçün tələb olunan lisenziyası yoxdur./milli.az