İspaniya millisinin və İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Mark Kukurelya COPE radiosuna verdiyi müsahibədə maraqlı vədlə çıxış edib.
Medianews.az xəbər o, 2026-cı il Dünya Çempionatında qələbə qazanacaqları təqdirdə bədəninə maraqlı bir döymə etdirəcəyini bildirib:
"Əgər Dünya Çempionatının qalibi olsaq, qolumabaş məşqçimiz Luis de la Fuentenin simasının əks olunduğu döymə vurduracam".
Xatırladaq ki, son Avropa çempionu olan İspaniya yığması, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatının "H" qrupunda Uruqvay, Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə mübarizə aparır.
Medianews.az