Medianews.az
Professorun rəqsi etirazlara səbəb oldu –
180 baxış

Professorun rəqsi etirazlara səbəb oldu – VİDEO

Misirdə məzun günü bir professorun sərgilədiyi uyğunsuz rəqs hərəkətləri ciddi narazılığa səbəb olub.

Medianews.az xəbər verir ki, hadisə Əl-Əzhər Universitetində baş verib.

Görüntülərdə professorun tələbələrin, o cümlədən hicablı qızların qarşısında etik çərçivədən kənar davranış nümayiş etdirdiyi əks olunub. Sosial şəbəkələrdə yayılan video qısa müddətdə geniş müzakirələrə yol açıb.

İstifadəçilər arasında fikir ayrılığı yaranıb: bəziləri bu hərəkəti hörmətsizlik kimi qiymətləndirib, digərləri isə şəxsi davranış kimi dəyərləndirib.

Hadisədən sonra universitet rəhbərliyi məsələ ilə bağlı araşdırmaya başlayıb. Bildirilir ki, insident akademik etik normalar və qurumun dəyərləri baxımından qiymətləndiriləcək.

Medianews.az

Bizə qoşulun