Onkoloq Vladimir İvaşkov yuxu zamanı telefonu yastığın altına qoymağın xərçəng riskini artırması ilə bağlı iddiaları təkzib edib.
Medianews.az-ın məlumatına görə, mütəxəssis bildirib ki, bu vərdiş təhlükəli deyil və telefon, mikrodalğalı soba və digər məişət cihazlarının şüalanmasının xərçəng yaratdığı barədə fikirlər elmi əsaslara söykənmir.
Onun sözlərinə görə, insanlar xərçəngin səbəblərini gündəlik texnologiyalarda axtarmağa meyllidirlər, halbuki əsas risk faktorları siqaret çəkmə kimi zərərli vərdişlərdir.
Həkim qeyd edib ki, çoxsaylı smartfon istifadəsinə baxmayaraq, xərçəng hallarının artması ilə birbaşa əlaqə müşahidə olunmur.
Medianews.az