Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev ilə telefon danışığı aparıb.
Medianews.az xəbər verir ki, Nazarbayev Özbəkistan liderini ad günü münasibətilə təbrik edib.
Söhbət zamanı bildirilib ki, Özbəkistan-Qazaxıstan dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri yüksək səviyyəyə çatıb və bütün prioritet sahələrdə çoxşaxəli əməkdaşlıq sürətlə inkişaf edir.//Teleqraf