Ekvador prezidenti Daniel Noboa milli komandanın DÇ-2026-da Almaniya üzərində qazandığı qələbədən sonra ölkədə qeyri-iş günü elan edib.
Medianews.az xəbər verir ki, Ekvador yığması qrup mərhələsinin 3-cü turunda Almaniyanı 2:1 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib.
Bu qələbədən sonra prezident Daniel Noboa sosial şəbəkə hesabında paylaşım edərək futbolçulara və məşqçilər korpusuna təşəkkür edib.
“Futbolçulara və baş məşqçiyə təşəkkür edirəm. Tənqidlərə, təhqirlərə və digər çətinliklərə baxmayaraq, onlar toparlanaraq bütün ölkəyə böyük sevinc yaşatdılar. Sabah dövlət bayramıdır! Yaşasın Ekvador!” - deyə Noboa yazıb.
Qeyd edək ki, Ekvador millisi E qrupunu 3-cü pillədə başa vuraraq pley-offa vəsiqə qazanıb. Almaniya isə son turdakı məğlubiyyətə baxmayaraq, 6 xalla qrup birincisi olub. Eyni xala malik Kot-d’İvuar yığması şəxsi oyunlardakı nəticəyə görə ikinci yeri tutaraq növbəti mərhələyə yüksəlib.//QOL.az