ABŞ ordusunun İrana başlatdığı yeni zərbə dalğası başa çatıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X hesabında məlumat verilib.
"CENTCOM qüvvələri ardıcıl on birinci gecədir ki, İrana zərbələr endirir. Mərkəzi Komandanlığın hədəfləri arasında İran əməliyyat mərkəzləri, dəniz obyektləri, təyyarə anqarları, dron saxlama yerləri və hərbi logistika infrastrukturu var idi", - məlumatda deyilir./axar.az