“Arka Sokaklar” serialında “Vedat Müdür” obrazı ilə tanınan aktyor Murat Ormiyakın son vəziyyəti pərəstişkarlarını kədərləndirib.
Uzun müddətdir ekranlardan uzaq qalan və hazırda qocalar evində yaşayan usta aktyorun görüntüləri sosial mediada yenidən gündəmə gəlib.
“Tatlı Röportajlar” komandası tərəfindən ziyarət edilən Murat Ormiyak söhbət zamanı emosional anlar yaşayıb. Aktyor uzun müddətdir heç kimin onu ziyarət etmədiyini bildirərək təkliyindən danışıb.
“Nə yaxşı yanıma gəldiniz. Heç kim məni ziyarət etmir. O qədər təkəm ki... Çox xoşbəxt oldum, məni sevindirdiniz” – deyən Ormiyak duyğularına hakim ola bilməyib.
Aktyorun bu sözləri sosial mediada geniş əks-səda doğurub. Bir çox istifadəçi Murat Ormiyak üçün dəstək mesajları paylaşaraq onun tək buraxılmamasını istəyib.
Qeyd edək ki, Murat Ormiyak daha əvvəl uzun müddətdir aktyorluq təklifi almadığını açıqlamışdı. O, “Arka Sokaklar” kimi uzun illər davam edə biləcək bir layihədə yenidən rol almağın onu çox xoşbəxt edəcəyini bildirmişdi.
22.07.2026, 07:10
121
baxış
Zara Editor