Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sosial şəbəkə hesabında məlumat yayıb.
Xalq artisti İsraildə 94 yaşında vəfat edib.
Qeyd edək ki, O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər ekran əsərlərində yaratdığı yaddaqalan obrazlarla Azərbaycan kino tarixində özünəməxsus yer tutub. Televiziya rejissoru kimi də uzun illər milli ekran mədəniyyətinin formalaşmasına dəyərli töhfələr verib.
Xatırladaq ki, T.Mirzəyev 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə "Xalq artisti" fəxri adına və "Şöhrət ordeninə layiq görülüb.//Bakıvaxtı.az