Medianews.az
Fransada da
116 baxış

Fransada da qadağan edilir

Fransada sentyabr ayında yeni tədris ilinin əvvəlində 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun qüvvəyə minəcək.

Medianews.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron öz “X” hesabında məlumat verib.

"Mən bir söz verdim və indi qanun qəbul edildi: tədris ilinin əvvəlindən 15 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan ediləcək. Parlament üzvlərinə təşəkkür edirəm. İndi isə məsələ Konstitusiya Şurasının, daha sonra isə bu tədbiri həyata keçirmək və uşaqlarımızı onlayn qorumaq üçün konkret görüləcək tədbirlərin üzərinə düşəcək", - o yazıb.

Bizə qoşulun