Medianews.az
Fatih Terimin qızından şəxsi həyatı ilə bağlı etiraflar: "İlk gördüyüm anda..."
133 baxış

Fatih Terimin qızından şəxsi həyatı ilə bağlı etiraflar: "İlk gördüyüm anda..."

Türk futbol məşqçisi Fatih Terimin qızı Buse Terim sosial şəbəkədə keçirdiyi sual-cavab sessiyasında sevgilisi Batu Son ilə münasibəti barədə maraq doğuran sualları cavablandırıb. 

Demokrat.az xəbər verir ki, tanışlıq hekayəsindən ailəsinin münasibətinə qədər müxtəlif mövzulara toxunan Terim səmimi açıqlamaları ilə diqqət çəkib.

Buse Terim bildirib ki, Batu Son ilə “Baby On The Fest” tədbirində tanış olub: “Onu ilk gördüyüm anda diqqətimi çəkmişdi. Elə həmin an kim olduğunu çox maraq etdim. Yaxşı ki, maraqlanmışam”.

Buse Terim daha əvvəl iş adamı Volkan Bahçekapılı ilə 10 illik evliliyini başa vurduqdan sonra Batu Son ilə münasibətdə olduğunu sosial şəbəkədə paylaşdığı fotolar vasitəsilə ictimaiyyətə açıqlamışdı. Daha əvvəl jurnalistlərə açıqlamasında münasibətlərinin uğurla davam etdiyini bildirən Terim həyatının gözəl bir dövrünü yaşadığını söyləmişdi. O, həmçinin şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağa üstünlük verdiyini vurğulayıb:

“Şəxsi həyatımın şəxsi qalmasını istəyirəm. Buna görə də hər anı paylaşmağı sevmirəm. Qarşıma ürəyi çox gözəl olan, bənzəri olmayan bir insan çıxdığı üçün çox xoşbəxtəm”.

Sosial şəbəkədə sevgilisinin niyə paylaşım etməməsi ilə bağlı suala cavabında isə Terim bildirib ki, Batu Son sosial mediadan əsasən ona videolar göndərmək və paylaşımlarına baxmaq üçün istifadə edir:

“O, son paylaşımını 2023-cü ildə edib. Bu vəziyyət məni qətiyyən narahat etmir, əksinə, belə olmasını daha çox bəyənirəm. Bununla bağlı heç bir gözləntim də yoxdur”.

Buse Terim sevgilisinin özündən kiçik olması ilə bağlı iddiaları da təkzib edərək onların eyni yaşda olduqlarını bildirib. Ailəsinin yeni münasibətinə münasibəti barədə suala cavabında isə o bunları deyib:

“Ailəm hər şeydən əvvəl həyatıma, qərarlarıma və seçimlərimə hörmətlə yanaşır. Mən 36 yaşında, öz ayaqları üzərində duran və öz həyatını quran bir qadınam. Verdiyim qərarlara görə məsuliyyət də mənə məxsusdur. Həyatımla bağlı ailəmdən heç nəyi gizlətmirəm. Münasibətlərimizin təməlində qarşılıqlı etimad, hörmət və açıq ünsiyyət dayanır".

Bizə qoşulun