Maliyyə Nazirliyinin ilkin hesabatına görə, 2025-ci ildə dövlət büdcəsindən 38 milyard 603,6 milyon manat xərclənib.
Medianews.az xəbər verir ki, ən çox xərc dekabr ayının payına düşüb: 7 milyard 188,9 milyon manat.
İkinci yerdə noyabr (3 milyard 694,1 milyon manat), üçüncü yerdə iyun (3 milyard 403,5 milyon manat) gəlir.
İlk beşlik oktyabr (3 milyard 52,4 milyon manat) və fevral (3 milyard 26,4 milyon manat) ayları ilə tamamlanır.
Qalan aylarda xərc 3 milyard manata çatmayıb.
Xərclərin aylıq statistikası:
yanvar - 2 milyard 339,6 milyon manat
fevral - 3 milyard 26,4 milyon manat
mart - 2 milyard 749 milyon manat
aprel - 2 milyard 846,9 milyon manat
may - 2 milyard 730,2 milyon manat
iyun - 3 milyard 403,5 milyon manat
iyul - 2 milyard 849 milyon manat
avqust - 2 milyard 363,4 milyon manat
sentyabr - 2 milyard 360,2 milyon manat.
oktyabr - 3 milyard 52,4 milyon manat
noyabr - 3 milyard 694,1 milyon manat
dekabr - 7 milyard 188,9 milyon manat.