Cənubi Koreyalı pop ulduzu HyunA konsert zamanı səhnədə huşunu itirərək pərəstişkarlarını həyəcana salıb.
Medianews.az xəbər verir ki, o, çəkisi ilə bağlı sərt şərhlər səbəbindən bir ayda 10 kiloqram arıqladığını açıqlayıb.
HyunA-ya 2020-ci ildə vazovaqal huşsuzluq diaqnozu qoyulduğu bildirilir.
Məşhur müğənni həftəsonu Waterbomb 2025 musiqi festivalında "Bubble Pop" mahnısını ifa edərkən qəfildən tarazlığını itirib və yıxılıb. Təhlükəsizlik işçiləri dərhal səhnəyə qaçıblar.
Görüntülər sosial mediada sürətlə yayılıb və minlərlə pərəstişkarının HyunA-nın sağlamlığı ilə bağlı narahatlığına səbəb olub.
Medianews.az