Medianews.az
Məmməd Hüseynov "Kəpəz"i "Şəfa"ya dəyişdi
142 baxış

Məmməd Hüseynov "Kəpəz"i "Şəfa"ya dəyişdi

"Kəpəz" klubu Məmməd Hüseynovla yolları ayırıb.

Bu barədə klub məlumat yayıb.

Futbolçunun klubla müddəti başa çatan müqaviləsi yenilənməyib.

M.Hüseynov karyerasını "Şəfa" klubunda davam etdirəcək. Bununla bağlı "Şəfa" klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı təmsilçisi 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2024-cü ilin yayında "Kəpəz"ə qoşulan 27 yaşlı qapıçı ötən mövsüm Azərbaycan Premyer Liqasında 7 matçda meydana çıxıb.//Oxu.Az

Bizə qoşulun